Almaniyanın nəhəng hava yolu şirkəti "Lufthansa" Yaxın Şərqdə artan gərginliyə görə İran və İraq da daxil olmaqla, bəzi ölkələr üçün uçuşun ləğvi qərarlarını uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə şirkət açıqlama verib.

Bildirilib ki, qərar təhlükəsizliyə görə verilib: "Bu səbəbdən Tel-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə olan bütün uçuşlar avqustun 13-dək olamayacaq".

Xatırladaq ki, "Lufthansa" şirkətinin tabeliyində "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər də fəaliyyət göstərir.

Lamiyə Əhmədli

MİA.AZ