ABŞ-nin keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından ən yüksək dövlət postuna iddia edən vitse-prezident Kamala Harrislə tezliklə debata çıxacağını bildirib.
Bu barədə Tramp “Fox News” telekanalının efirində bildirib.
"Onunla yaxın vaxtlarda debat keçirəcəyimizi düşünürəm. Bu barədə tezliklə elan veriləcək", - o bildirib./Report