İran prezidenti Məsud Pezeşkian bu gün Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Məlumata əsasən, Pezeşkian və Makron telefonda regional məsələləri müzakirə ediblər.

Pezeşkian deyib: "Qərb ölkələri regionda təhlükəsizlik probleminin qarşısını almaq istəyirlərsə, dərhal İsrailə dəstəyini dayandırmalıdırlar".

ABŞ və Qərb dövlətlərinin İsraili törətdiyi soyqırım cinayətinə görə qınamaq əvəzinə dəstəklədiklərini bildirən Pezeşkiyan əlavə edib ki, sionist rejim Qəzzanın məzlum və müdafiəsiz xalqına qarşı amansız qətllər törədib.

O, iyulun 31-də HƏMAS liderinin Tehranda öldürülməsini dəq əbuledilməz sayıb.

Fransa prezidenti Makron bölgədə artan gərginlikdən narahatlığını bildirib.

Lamiyə Əhmədli

MİA.AZ