Qəzza zolağında son 24 saatda daha 24 mülki şəxs həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son gündə yaşanan bombardmanlarda 110 fələstinli yaralanıb: "Bununla da oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 677-yə, yaralıların sayı isə 91 min 645-ə yüksəlib".

Tahir Şəlvəli

MİA.AZ