İsrail döyüş təyyarələri Livanın paytaxtı Beyrut səmasında alçaqdan uçaraq səs bumu yaradıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Məlumata görə, döyüş təyyarələri Hizbullahın baş katibi Həsən Nəsrullahın yerli vaxtla saat 17.00-da nəzərdə mtutulan çıxışından əvvəl Beyrut səmasına daxil olub: "Qırıcılar şəhər alçaqdan dövrə vuraraq həm vahimə, həm də səs bumu yaratmaqla paytaxt sakinlərini qorxu altında saxlayıblar. Təyyarələrin yaratdığöı səs bumu xeyli evlərdə şüşələrin sınmasına səbəb olub...".
Tahir Şəlvəli
MİA.AZ