"Nüvə silahları günümüzün açıq təhlükə mənbəyidir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterresh Xirosima və Naqasakiyə ABŞ tərəfindən atılmış atom bombasının 79-cu ildönümü ilə bağlı mesajında deyib.
O bildirib ki, nüvə silahları günümüzdə beynəlxalq münasibətlərin tənzimlənməsində əsas təhdidə çevrilib: "Bu silahlar aşkar böyük təhlükələr yaradır və onların istifadəsi fəlakətli nəticələrə gətirib çıxaracaq".
Xatırladaq ki, ABŞ 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqustda Naqasakiyə atdığı atom bombaları ilə 210 minə yaxın insanın ölümünə səbəb olub.
Samir Musayev
MİA.AZ