Türkiyə prezidenti Ərdoğan ölkədə "İnstagram"ın bloklanmasına ilk dəfə rəsmi münasibət bildirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, AK Partitya üzvləri ilə keçirilən toplantıda "Instagram" sosial media platformasına giriş qadağasına haqq qazandıırb: "Biz ölkə olaraq sosial media platformasında faşizmlə qarşı-qarşıyayıq. Terror təşkilatları sosial media platformalarında at oynadır. Bu platformalarda millətimizin inancı təhqir olunur. Ancaq bizə gəldikdə qadağalar tətbiq olunur...".
Ölkə başçısı "İnstagram"a girişin bərpası ahqda şərti də açıqlayıb: "Hələlik platforma sahibləri ilə arzu etdiyimiz iş birliyini yarada bilməmişik. Əgər Türkiyənin maraqlarına hörmət etsələr, problem həll oluna bilər..."
Lamiyə Əhmədli
MİA.AZ