Müğənni Nadir Qafarzadənin olduğu iddia edilən avtomobilin indi dəyərindən çox ucuz qiymətə satıldığı barədə xəbər yayılıb.
Məlumata görə, bir vaxtlar Nadirin sürdüyü 200 min dollarlıq "Maserati" hazırda elan saytlarında 30 min manata satışa qoyulub. Maraqlıdır, sənətçinin avtomobilini ucuz qiymətə satmasına səbəb nədir?
Mia.az xəbər verir ki, məsələ ilə bağlı müğənni Nadir Qafarzadə “Cebheinfo.az”-a açıqlamasında deyib ki, sözügedən avtomobil onda illər əvvəl olub:
“Mən təxminən 10 il öncə Almaniyadan özəl olaraq “Maserati” gətizdirmişdim. Lakin həmən avtomobili burada çox sürmək mənə nəsib olmadı. Buna səbəb onun mühərrikinin heçminin böyük olması və avtomobilin səsboğucusunun olmaması səbəbindən sürüş zamanı səsinin çox bərk gəlməsi idi. Bu səbəbdən yolda DYP əməkdaşları məni gördükləri an dərhal saxlayırdılar. Ancaq mən onlara mühərrikin zavod istehsalının belə olduğuna dair sənədlər göstərirdim ki, heç bir konstruktiv dəyişiklik olmayıb, o zaman buraxırdılar”.
N.Qafarzadə bildirib ki, belə hadisələrdən təngə gəldiyi üçün avtomobili öncə oğluna bağışlayıb: “O da istifadə etmədiyinə görə elə o vaxt satmağa qərar verdim. Yəni, artıq o avtomobil mənim deyil”.
"DYP əməkdaşları məni gördükləri an dərhal saxlayırdılar" - Nadir Qafarzadə bahalı maşınından danışdı
DİGƏR XƏBƏRLƏR
2024-11-22 10:28
2024-11-20 15:20
2024-11-19 20:06
2024-11-19 11:57
2024-11-18 17:48