Dünyaca məşhur ulduz Ancelina Coli 22 yaşında psixoloji problemlərdən ciddi əziyyət çəkdiyini etiraf edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hətta həyatına son qoymaq üçün muzdlu qatillə görüşdüyünü də deyib.

Məlumata görə, Bred Pittlə yaşadığı eşq macərası ilə bütün dünyada gündəm olan Ancelina Coli illər əvvəl yaşadığı çətin günlərlə baölı ABŞ mediasına danışıb: "Bəli, 22 yaşında psixoloji cəhətdən çətin günlər keçirirdim. Ölmək istəyirdim. Bunun üçün plan qurdum. Ailəmin və yaxınlarıma görə intihar etmək istəmədim, ancaq muzdlu qatillə görüşdüm. Nyu Yorkda belə insanları rahatlıqla tapmaq olur. Ancaq muzdlu qatil mənə "Bax, bu, həyatla vidalaşmaq istədiyinə əminsənmi? Qərarını sakit düşün", - dedi. Onun bu sözlərindən sonra sanki ayıldım və qərarımdan vaz keçdim.."

Ləman

MİA.AZ