"İnstaqram"da yüz minlərlə izləyicisi olan Acun Ilıcalının keçmiş xanımı, model Şeyma Subaşı böyük məbləğdə cərimələnib.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, buna səbəb onun yüz minlərlə izləyicisi olan "İnstaqram"dakı hesabında müxtəlif vaxtlarda etdiyi paylaşımlarında gizli reklamlara yo verərək, böyük məbləğdə pul qazanmasının aşkarlanmasıdır.

Məlumata gərə, bu səbəbdən Türkiyə Ticarət Nazirliyi tərəfindən o, 550 min TL (Təxminən 28300 manat) cərimələnib.

Ləman

MİA.AZ