Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyh Mahmudla telefonla danışıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Türkiyə ilə Somali arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Somalinin terrorla mübarizəsinə verilən dəstəyin davam edəcəyini qeyd edib. O deyib, Türkiyə Somali ilə Efiopiya arasındakı münaqişənin həlli istiqamətində vasitəçilik fəaliyyətini intensiv şəkildə davam etdirir.

Prezident Ərdoğan iki ölkə arasında enerji və müdafiə başda olmaqla bir çox sahədə əməkdaşlığın getdikcə daha çox davam edəcəyini də sözlərinə əlavə edib.

Firudin Səfərli

MİA.AZ