Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı "Boko Haram"a uğurlu əməliyyat keçirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Ordusu açıqlama yayıb.
Bildirilib ki, "Boko Haram"ın Borno əyalətində polis bölməsinə hücumundan sonra terrorçulara qarşı geniçmiqyaslı əməliyyat başlayıb: "İlkin əməliyyatla 8 terrorçu məhv edilib, onların xeyli silah-sursatı ələ keçirilib. Əməliyyatlar davam edir".
Xatırladaq ki, ötən gün "Boko Haram" üzvlərinin Borno əyalətinin Konduqa bölgəsində polis bölməsinə hücum edərək, orada bir polis zabitini və qadını öldürüb.
Tahir Şəlvəli
MİA.AZ