18 ildir yayımlanan “Arka Sokaklar”ın ilk bölümlərində Rıza Babanın qızı "Pınar" obrazını canlandıran, sonra aktyorluğu buraxan Pınar Aydının yeni görüntüsü maraq oyadıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2015-ci ildə ailə quran Aydın uzun müddətdir 2 oğlu və həyat yoldaşı ilə sadə həyat tərzi sürür.

Məlumata görə, Kanal D ekranlarında ən uzunömürlü serial olan “Arka Sokaklar”ın 2006-2008-ci illərdə yayımlanan bölümlərində "Rıza Baba"nın qızı "Pınar" obrazını canlandıran Pınar Aydın 2004-cü ildə "Akademi Türkiyə" musiqi yarışmasında 3-cü yeri tutub. Onun həttə mahnılarından ibarət albomu da buraxılıb. 2009-cu ildə “Kız Kaçıran”da oynayan Aydın 2011-2012-ci illərdə “Akasya Durağı”nda rol alıb.

2015-ci ildə "Giresunspor" klubunun baş direktoru Harun Ovalıoğlu ilə ailə quran Pınar Aydın bundna sonra sənətlə vidalaşıb. 

Xəbərdə deyilir ki, o vaxtdan həyat yoldaşı ilə birgə Giresuna köçən Pınar Aydının iki oğlu var və o, adıçəkilən şəhərdə sadə həyat tərzi sürür

Ləman

MİA.AZ