Bu ilin fevral ayında Dubayda özündən 12 yaş kiçik iş adamı Murat Özdemirlə evlənən müğənni Ebru Gündeş boşanır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Beyaz Maqazin"dən Pınar Eliçe məlumat verib.
Onun sözlərinə görə, Ebru Gündeşin budəfəki evliliyinin başında qara buludlar dolaşır: "O, bu evliliyindən peşmandır, özü də çox. Bunun səbəbini yaxın günlərdə açıqlayacağıq. Güman ki, yaxınlarda Ebru Gündeş boşanma davası açacaq".
Ləman
MİA.AZ