İstanbulda ictimai nəqliyyatda gediş haqları yenidən bahalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsi bu gün qərar verib.
Qərara əsasən, İstanbulda ictimai nəqliyyat haqları daha 13 faiz artırılıb.
Artımla "İstanbulkart" 17,70 lirədən 20 lirəyə, tələbə kartı 8,64 lirədən 9,76 lirəyə, sosial kart (müəllim, 60 yaş) 12,67 lirədən 14,32 lirəyə yüksəlib. Mavi kart 1389 lirədən 1569 lirəyə, tələbələr üüçmn aylıq ödəniş 250 lirədən 282,5 lirəyə, sosial alanlar üüçn 864 lirədən 976,3 lirəyə yüksəlib.
Bundan başqa, metrobüs elektron kartlı tək keçidli bilet 25 lirədən 28,25 lirəyə, iki keçidli bilet 45 lirədən 50,85 lirəyə, 3 keçidli bilet 70 lirədən 79,1 lirəyə, 4 keçidli bilet 85 lirədən 96,05 lirəyə, beşli keçid 105 lirədən 118,6 lirəyə, 10-lu keçidli bilet 20 lirədən 226 lirəyə qalxıb.
Həmçinin, vapurlarda da gediş bahalaşıb.
Ləman
MİA.AZ