Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini müəyyən edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovuni qərarına əsasən, Maliyyə Monitorinqi Xidmətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar lazımi məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir.

Qərarın icrasının təmin edilməsi ilə əlaqədar xərclər Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına maliyyələşdirilir.