BMT İsrail əsgərlərinin Tulkərim şəhərində bir fələstinli gənci hərbi maşına bağlayaraq canlı qalxan kimi istifadə edən israil hərbçilərinin hərəkətini pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stephane Dujarric gündəlik mətbuat konfransında söz açıb.

Onun sözlərinə görə, bu vahiç hərəkətə yiol verən hərbçilər dərhal istintaqa cəlb olunmalıdır: "İstintaq faktı obyektiv araşdırmalı və günahkarları mütləq cəzalandırmalıdır. İordan çayının qərb sahilindəki Tulkarim Qaçqınlar Düşərgəsində basqın zamanı belə haldan ikinci dəfə istifadə edilib. Bu bahim davranışın görüntülər var. İsrail əsgərləri daha əvvəl də oxşar hadisələrdən istifadə ediblər, lakin cəzasız qalıblar. Bu dəfə belə olmamalıdr. Bu, bizi çox narahat edir, əlbəttə".

Zülfiyyə

MİA.AZ