İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi açıqlama yayıb.

Dərnəkdən bildirilib ki, İsrail hərbçiləri bu gün səhərdən başlayaraq bölgədə bir çox ev və iş yerlərinə basqın ediblər: "Nəticədə aralarında uşaqlar, yaralılar, tələbələr, jurnalistlər və keçmiş məhbusların da olduğu ən az 25 fələstinli saxlanılıb. Onların hara aparıldığı məlum deyil".

Xəbərdə deyilir ki, ötən ilin oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində tutulan fələstinlilərin sayı 9 min 785-ə çatıb.

Firudin Səfərli

MİA.AZ