Gürcüstanın "Georgian Airways" aviaşirkəti Tbilisi (Gürcüstan) - Meilan (Çin) - Türkmenabat (Türkmənistan) - Tbilisi (Gürcüstan) marşrutu üzrə yük aviareyslərinə başlayıb.
Bu barədə Türkmənabad Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yeni beynəlxalq yükdaşıma əlaqəsi Türkmənistan ilə Gürcüstan arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir mühüm addım olacaq./Report