Qoç - yaxa qurtarmaq istədiyiniz yorucu, cansıxıcı işlər bu günün əksər hissəsini təşkil edəcək. Bu işlərə ilk əvvəl ciddi yanaşsanız da, bir qədər sonra diqqətsiz ola bilərsiniz. Belədə səhvləri sıralamayın.

Günün ikinci yarısında darıxmayın. Düşünülməmiş, tələsik addımlar atmayın.

Səhhətinizdə problemlər yarana bilər. Əhvalınız korlana bilər. Qıcıqlı, sinirli olmayın. Yaxın ətrafınızdakı insanlardan qayğı, diqqət, tərif gözləməyin. Sevdiyiniz insan sizi sevindirəcək.

Buğa - pis gün deyil. Planlarınızdan imtina etməyin. Seçdiyiniz istiqamətdə hərəkət edin. Yaxın ətrafınızdakı insanlar sizə istiqamət dəyişdirməyi təkidlə məsləhət bilsələr də, fikrinizi dəyişdirməyin. İşlərdə uğurlar o qədər böyük deyil. İstirahət və ya əyləncəni unudun.

Günün ikinci yarısında aktiv çalışın. Alış-verişdə orijinal, ekstravaqant əşyalara üstünlük verin.

Fikirlərinizi bölüşməyən insanlarla da dil tapmağa çalışın. Planlarınızı təqdir etməyən şəxsləri anlamayan insanları anlayın. Mühüm planları müzakirə etmək olar. Şəxsi münasibətlərdə irəliləyiş ola bilər.

Əkizlər - gün uğursuz başlayacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşacaq. Durum daha maraqlı olacaq. Yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin. Kimisə yetərincə dəyərləndirməməyiniz, yanlış mühakimə yürütməyiniz istisna deyil. Sizə olan münasibəti dəyişə bilərsiniz.

Günün ikinci yarısında yeniliklər və cəsarətli eksperimentlərdən çəkinməyin. Təhlil ilə yanaşı, qətiyyətli addımlar üçün əlverişli zamandır. Dəyişikliklərə hazır olun. Sevdiyiniz insanla mükalimə fikir ayrılıqları, kiçik və xoşagəlməz məqamlara son qoya bilər.

Xərçəng - əlverişli gündür. Müsbət təmayüllərin təsiri artacaq. Peşəkar fəaliyyət müstəvisində süstlük etməyin, ətalətli davranmayın. Maraqlandığınız işlərlə məşğul olun. Gəlirlər olacaq. Alış-veriş və sərmayə üçün münasib zamandır.

Günün ikinci yarısında işgüzar intuisiyanız iti olsun. Hansısa layihəni rellaşdırmağa başlayırsınızsa, qətiyyətli qərarlar qəbul edin.

Axşam saatları şəxsi münasibətlərdə yeniliklər olacaq. Yeni tanışlıqlar evdən uzaqda baş tutacaq.

Şir - bütün çətinlikləri sürətlə dəf etmək mümkün deyil. Nikbin olun, pərişanlığa qapılmayın. Yeniliklərə az qalıb. Diqqətiniz xırda məsələlərə yayınmasın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdırsın.

Ötən həftə yaranmış problemlər yenidən gündəmdədir. Köhnə səhvlərin hesabını indi ödəməli olacaqsınız. Ən çətin dövr arxada qalıb. Sakitləşin. Təmkinli olsanız, bütün problemlərin öhdəsindən gələ biləcəyinizi anlayacaqsınız.Günün ikinci yarısında sizi xoş xəbərlər gözləyir.Axşam saatlarında normal istirahət edin.

Qız - səfərlər və ya səyahətlər üçün əlverişli zamandır. Yaşam arealını dəyişin, dünyagörüşünüzü və ünsiyyət çevrənizi genişləndirin. İlk baxışdan faydalı olmayan, amma maraqlı məlumatlar nə qədər çox olarsa, işlərdə irəliləyişlər bir o qədər ciddi olacaq.

Zərərli vərdişlərdən əl çəkmək üçün münasib vaxtdır.

Günün ikinci yarısında tələsik addım atmayın. Müsbət dəyişikliklərə az qalıb.

Emosiyalar tarıma çəkilsə də, yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli və həssas olun. Paradoksdur: öz hisslərinizi anlamaq başqalarının niyyətlərini dərk etməkdən daha çətindir. Mürəkkəb problemi həll edin. İntellektual potensialınız yüksəkdir.

Tərəzi - çoxdan bəri həll etməyə çalışdığınız problemi yenə də çözə bilməyəcəksiniz. Yeni aldığınız informasiya yanlış yolda olduğunuzu göstərəcək. Uğura ümidləriniz tükənməsin. Gözləmədiyiniz, ağlınıza gətirmədiyiniz yardımı alacaqsınız.

Günün ikinci yarısında çətin məsələləri asanlıqla çözəcəksiniz. Yaşamda dəyişikliklər etməyin yolunu, ən başlıcası isə vasitəsini tapın.

Əqrəb - sakit, rəvan gündür. Ötən həftə başladığınız önəmli işi başa vurun. Müstəqil çalışırdınızsa, indi kömək ala bilərsiniz. Rəğbət bəsləmədiyiniz insana üz tutmaq zərurəti yarana bilər.

Emosiyaları bir kənarda qoyun. Pul və iş məsələlərində düşünülməmiş qərarlar verməyin.

Günün ikinci yarısında soyuqqanlı və təmkinli olun. İstənilən situasiyada prosesi sakitliklə, aramla dəyərləndirin. Yaxınlarınız problemlərinizi sizinlə bölüşəcəklər. Onların məsləhətlərinizə ehtiyacı var.

Oxatan - maraqlı ideyalar zamanıdır. Həmin ideyaların bəzilərini ən yaxın vaxtlarda reallaşdıra bilərsiniz. Situasiyanı təhlil edin. Ən kiçik detalları, ilk baxışdan mənasız təfərrüatları nəzərə alın. İşlə bağlı ciddi məsələləri müzakirə edə bilərsiniz.

Sizdən fərqli düşünən insanları günün ikinci yarısında müttəfiqlərinizə döndərə bilərsiniz.

Fiziki işlə məşğul olun. Özünüzü güclü və enerjili hiss edəcəksiniz. Alış-veriş etmək, bahalı nəsnələr almaq olar.

Oğlaq - günün ilk yarısında cəsarətli planlarınızdan birini reallaşdıra bilərsiniz. Müttəfiq və ya tərəfdaş axtarışlarına vaxt sərf etməyin. Müstəqil fəaliyyət göstərin. Belədə uğura nail olmaq şansları daha çoxdur.

Günün ikinci yarısında isə tam əksinə, müstəqil fəaliyyət üçün əlverişli zamandır. Əməkdaşlıq şərtlərini müzakirə edin. İşgüzar danışıqlar və görüşlərə yetərincə vaxt ayırın.

Axşam saatlarını tənhalıqda keçirsəniz, bədbinliyə qapıla bilərsiniz. Yaxşı xəbərlər alacaqsınız. Maraqlı görüş və qeyri-adi tanışlıq ola bilər. Romantik sürprizlər, qəfil etiraflar istisna deyil.

Dolça - işdə münaqişələrə qarışmamaq, ixtilafların səbəbkarı olmamaq üçün maksimum səy göstərin. Problemlər həll olunmazsa onların uzunmüddətli, xoşagəlməz fəsadları ola bilər. Güclü və nüfuzlu rəqiblərlə mübarizəyə başlamayın.

Sizə aşkar antipatiya bəsləyən insanla günün ikinci yarısında mübahisə etməyin.

Sevdiyiniz insanla mümkün qədər çox vaxt keçirin. Axşam saatlarını özünüzə həsr edin.

Balıqlar - mühüm saydığınız işlərdə tərəqqiyə, inkişafa nail olun. Aldığınız informasiya məqsədə çatmaqda yardımçınız olacaq. Ciddi problemin həllində sizə yardımçı olacaq insanla qarşılaşa bilərsiniz. Maliyyə fonu pis deyil.

Günün ikinci yarısında gəlirlər istisna deyil. Şəxsi münasibətlərdə gərginlik yaranacaq. Ümumi xərclər və gələcəklə bağlı planlarla bağlı məsələlər münaqişə yarada bilər. Çevik, qıvraq olun. Hamını təmin edə biləcək həlli tapmaq olar. Bunun üçün məhz siz səy göstərməlisiniz.

Milli.Az