Mehman Hüseynov isə deyir ki, belə bir hadisə baş verməyib: "Ya məni şərləmək istəyirlər, ya da kimsə mənim adımdan istifadə edib”.
***
12.48
Bloger Mehman Hüseynov bu səhər saat 09.25-də naməlum adamlar tərəfindən oğurlanıb. Bu barədə məlumatı "Turan”a onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizli İnstitutunun rəhbəri Emin Hüseynov verib. Onun sözlərinə görə, Mehman Hüseynov "Toyota-Prado” markalı avtomobilə mindirilib və naməlum istiqamətdə aparılıb.
Hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib.
Emin Hüseynov deyib ki, RATİ əməkdaşları son iki gün ərzində ofisin həkətində şübhəli adamları müşahidə ediblər. Şənbə günü onlardan biri RATİ-nin ofisinə girib və özünü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək, Mehman Hüseynovu soruşub. RATİ əməkdaşları sənəd təqdim etdikdə isə həmin adam oradan uzaqlaşıb.