Milli Məclisinin üzvləri Fuad Muradov və Rövşən Rzayev Avropa Geosiyasi Forumunun Berlində keçirilən "Cənubi Qafqaz Dialoqu: Maraqlı tərəflərin ikinci məsləhət mərhələsi” adlı konfransında iştirak etmək üçün Almaniyaya səfərə gediblər.

MİA-ya daxil olan məlumata görə, 7-9 iyun tarixində keçirləcək toplantıda "Cənubi Qafqazda nələr ola bilər?”, "Dağlıq Qarabağ kontekstində sülh quruculuğu vasitəsi kimi iqdisadi təşəbbüslərin tətbiqi” mövzusunda müzakirələr aparılacaq.

Qeyd edək ki, Avropa Geosiyasi Forumu 2010-cu ilin əvvələrində təsis edilib. Qurumun məqsədi Avropa geosiyasi məkanında qərarların qəbulu üçün vacib olan vəzifələri müəyyənləşdirmək və qiymətləndirməkdir.