ABŞ Prezidenti Cozef Bayden səhhətində problem olduğu halda seçkidən imtina edəcək.
Bu barədə Bayden BET telekanalına müsahibəsində danışıb.
“Mənim hansısa xəstəliyim olsaydı, həkimlər gəlib deyərdilər ki, filan problemin var”, - Bayden deyib.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürüb./Report