Türkiyə Milli İstihbarat Təşkilatı (MİT)  PKK-nın qondarma kəşfiyyat bölməsinin iki üzvünü İstanbulda həbs edib.

Mia.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, "Halil" kod adlı Sadık Topaloğlu və Mehmet Savaşı İstanbulda MİT-n rəhbərliyi altında keçirilən əməliyyatla tutulublar.

Məlumata görə, MİT əvvəlcə Sadık Topaloğlunu adım-addım izləyib: "Topaloğlunun qeyri-qanuni yollarla İraqa - Qandilə getdiyi və orada kəşfiyyatla bağlı təlimatlandırıldığı müəyyən olunub. Onun hətta birbaşa "Cuma" kodu Cəmil Bayıkla görüşərək onun tapşırıqları ilə işlədiyi də aydınlaşıb. Bundan sonra Sadıq Topaloğlunun Türkiyəyə dönərək jurnalistika adı altında terror təşkilatı üçün məlumat topladığı üzə çıxıb".

Digər həbs olunan Mehmet Savaşa gəldikdə isə, onun PKK-ya  mal-material tədarük etdiyi müəyyən edilib: "Onların hər ikisi haqda həbs tədbiri seçilib..."

Lamiyə Əhmədli

MİA.AZ