Azərbaycan prezidenti İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, yeni sərəncam Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlərdən bəhs edir.

Sərəncama əsasən, 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə 2,8 milyon manat Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb.