Azərbaycan Prezidenti İlham Əliyev bu gün daha bir sərəncam verib.

Ölkə başçısı Lənkər Göygöl rayonunun Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 4,9 milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.