Sabirabad rayonunda vəhhabinin saqqalının kəsilməsi və təhqir olunması ilə bağlı video sosial şəbəkələrə yerləşdirilib.
MİA Aktual.az-a istinadən xəbər verir ki, Həzrət İslamov adlı istifadəçi tərəfindən yayılan video "Sabirabada girən vahabinin axrı belə olur! ( İbretlik video ) Video_by_Həzrət” adı ilə yerləşdirilib.
Saqqalı kəsilən şəxsin kimliyi bəlli deyil. Videodan görünür ki, öncədən ona Sabirabada gəlməmək xəbərdarlığı edilib.