Cinsiyyət dəyişikliyi ilə gündəmdə olan və illər əvvəl yayımlanan “Çukur” serialında "Timsah Celil" obrazı ilə yadda qalan türkiyəli aktryor Meli Bendeli İstanbulda restorandan qovulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsl adı "Ahmet Melih Yılmaz" olan, anacq cinsiyyətini dəyişib qadına çevrilən Meli Bendeli həmin anları lentə alaraq minlərlə izləyicisi ilə bölüşüb.
Məlumata görə, o, restorandan müştəriləri videoya çəkdiyi üçün qovulub.
Restoranın qarsonu bildirib ki, bu səbəbdən rəhbərlikk onun qovulmasına tapşırıq verib: "Müdir kameradan baxıb görüb. Bizə dedi ki, onu çıxarın və bir daha bura buraxmayın".
Türkiyə mediası isə yazır ki, "Çukur" serialının "Timsah Celil"i restorandan videoçəkilişə görə deyil, cinsiyyətini dəyişdirdiyinə görə qovulub.
Ləman
MİA.AZ