2008-ci ildə ekranlara çıxan "Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine" filminin bu günlərdə davamının çəkilişinə qərar verilsə də, filmin baş rol ifaçısı Mustafa Üstündağla anlaşmaq mümkün olmayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, filmdə "Muro"nu oynayan Mustafa Üstündağla filmin prodüsserindən təklif ediləndən üçqat pul istəyib.
İddiaya görə, bu səbəbdən filmin çəkilişi başlamamış bitib: "Xatırlayırsınızsa, "Kurtlar Vadisi Pusu" serialındakı "Muro" personajının macərasından bəhs edən "Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine" filmi 2008-ci ildə ekranlara çıxdı və geniş rəğbətlə qarşılandı. Bu baxımdan 16 sonra filmin davamının çəkilişləri üçün hərəkətlənmə olsa da, baş rol ifaçısı Mustafa Üstündağla maddi anlaşma mümkün olmayıb. Rejissor Zübeyr Şaşmaz onunla əlaqə yaradıb, ancaq "Muro" maaş təklifinin üç qatını tələb edib. Bu isə büdcəyə uyğun olmadığından film layihəsi dayandırılıb".
Qeyd edək ki, 5 dekabr 2008-ci ildə tamaşaçılaırn sərəncamına verilən filmə təkcə kinoteatrlarda 2 milyon 315 min 902 tamaşaçı baxışı olub. Film o dövr üçün çox böyük qazanc gətirib: 18 milyon 73 min 564 lirə!
Ləman
MİA.AZ