Kinematoqrafçılar İttifaqının sabiq sədri, Xalq artisti Şəfiqə Məmmədovanın köhnə kabinetini, dövlət telefonunu və 99-AA-545 nömrəli dövlət maşınını hələ də təhvil vermədiyi iddia olunur.

Medianın məlumatına görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev bu səbəbdən köməkçisinin otağında oturmaq məcburiyyətində qalıb.

Mia.az xəbər verir ki, Konkret.az məsələni dəqiqləşdirmək məqsədilə Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb.

Rasim Balayev köməkçisinin otağında oturduğunu təsdiqləsə də, Şəfiqə Məmmədova isə münasibətlərinin çox yaxşı olduğunu deyib:

“Elə şey yoxdur, bizim aramızda çox gözəl münasibət var. Şəfiqə xanımla aramızda hansısa mübahisəli məsələ yoxdur. Mən həmin otaqda öz istəyimlə oturmuşam. Şəfiqə xanım mənə neçə dəfə böyük otaqda oturmağı təklif etsə də, razılaşmamışam. Demişəm ki, o otaq qaranlıqdır, orada oturmaq istəmirəm”.

MİA.AZ