İnstitutdan bildirilib ki, iclasda bu elm müəssisəsinin direktoru, professor Misir Mərdanov 2013-cü ildə "Thomson Reuters” agentliyinin siyahısına daxil olan jurnallarda institut əməkdaşlarının 33 məqaləsinin dərc olunduğunu diqqətə çatdırıb.
İclasda məqalə müəlliflərinə pul mükafatları verilib.
Direktor institutun gənc alimləri - riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqovanı və AMEA-nın rəyasət heyətinin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Toğrul Muradovu 28 May - Respublika Günü münasibətilə gənc alimlər üçün keçirilmiş akademiyanın rəyasət heyətinin qrant müsabiqəsinin qalibləri olduqlarına görə təbrik edib. O, akademiya rəhbərliyinin gənclərə elmin inkişafı istiqamətində yaratdığı şəraitdən razılığını ifadə edib.
Bu yaxınlarda professor Boris Levitanın 100 illiyinə həsr olunmuş "Spektral nəzəriyyə və diferensial tənliklər” mövzusunda Beynəlxalq konfransda iştirakı ilə bağlı ezamiyyətdə olan professor Sabir Mirzəyev konfrans haqqında elmi şura üzvlərinə məlumat verib.
Sonra şöbələrin elmi və elmi-təşkilati fəaliyyəti haqqında yarım illik hesabatı dinlənilib.