Məşhur "Pianoçu" filmi ilə "Oskar" mükafatını alan aktyor Adrien Brody Türkiyəyə gəlir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbulda çəkiləcək ABŞ-Türkiyə birgə istehsalı olan "Qızımın dostu" filmində rol alacaq.
51 yaşlı Hollivud ulduzu Adrien Brodylə yanaşı, filmdə Niki Uilan, Laneya Qreys, Şima Rayan və Duyqu Mercan kimi məşhurlar rol alacaqlar.
Filmin çəkilişlərinə oktaybrda başlanacaq: "Oktyabr ayında başlayacaq filmin çəkilişləri Qalata Qülləsi, Yerebatan Sarnıcı, Topqapı Sarayı, Qapalı Çarşı kimi tarixi məkanlarda aparılacaq. Psixoloji triller mövzulu filmin 2025-ci ildə ekranlara çıxması planlaşdırılır. Film, dünya şöhrəti və sərvət arzularına çatmaq üçün hər şeyi riskə atan, zahirən gənc və məsum model Lolanın hekayəsindən bəhs edir".
Ləman
MİA.AZ