Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi “Ailədə düşüncə azadlığı önəmlidir. Qızım ürəyi istəyəni geyinir, qarışmıram” fikrinə münasibət bildirib.
Mia.az Lent.az-a istinadla xəbər veirr ki, bununla bağlı müğənni sosial şəbəkədə şərh yazıb.
“Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi.
Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!”.