Zülfiyyə Mustafayeva

***

Xalq artisi Akif İslamzadə yenə agzını "açıb".

Bu adam əvvəllər agzını açanda yaxşı müsiqi dinləyirdik. Sonra səsi batdı və indi hər agzını açanda zırt-pırt bir şeylər eşidirik.

Anasının şotuna ortaya çıxan adam idi Akif İslamzadə. Siz ha, dirəşin mənimlə, amma özünüz də qəşəng bilirsiniz ki, mən düz deyirəm. Anası da qəşəng, viddi-fasonlu xanım idi də, bir baxışına aləm vurulurdu.

İslamzadənin adı çəkilən kimi ay nə bilim, "böyük sənətkar", "şedevr mahnılar", filan deyib həşir salmayın, mən gözümü açıb onu Brilyant Dadaşova ilə duet oxuyan görmüşəm və bir də "Ala gözlüm" mahnısı vardı. Bir-iki mahnı, mamasının ad-sanı, day adama məşhurluq üçün başqa nə lazımdı ki?

Bu adam yenə bizə ilişib. Konkret olaraq, bizə, yəni, qadınlara. Deyir ki, qadından alim olmaz, elm öyrədə bilməz. Adamı qınamıram. Evində alim yox, artist görüb həmişə, ona görə belə danışır. Səsi batmış dindar sənətkarımız həmişə bizə ilişir. Bundan əvvəl də bizim baldırlarımıza söz qoşurdu. And içirdi ki, cəhənnəm əhli qadınlardan ibarətdi. 

Səsi açılsaydı, yaxşı məclis aparardı. 

Zəmanənin da damarını yaxşı tapıb sənətkar. Sakitçilik olan kimi araya bir söz atır, həm gündəmdə qalır, həm də bizi darıxmağa qoymur. Başımızı qatırıq.

Görəndə ona bir-iki kəlmə qəşəng söz deyəcəm.

MİA.AZ