Bakı şəhəri, Rəşid Behbudov küçəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovun şərəfinə ucaldılmış heykəlin üzəri çirkab içindədir. Heykəlin baş hissəsinə quş zili bulaşıb.
Mia.az xəbər verir ki, bu məlumatı 32gün.az saytı yayıb.
Sayt qeyd edib ki, abidə bir neçə gündür bu vəziyyətdədir: "Heykəlinin təmizlənməsi məsələsinə gəlincə, bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin nəzarətindədir..."
Baki şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən Mia..az-a bildirilib ki, ərazidə yerləşən heykəllərə xidmət göstərilməsi onların səlahiyyətində deyil: "Bildirmək istərdik ki, hələ sovetlər dönəmindən bəri, uzun illərdir ki, paytaxtdakı heykəllərə onların balans daşıyıcısı olan Mədəniyyət Nazirliyinə aid qurumlar xidmət göstərir. Heykəllər incəsənət əsərləri olduğundan onlara xidmət bu sahədə xüsusi bacarığı olan peşəkarlar tərəfindən həyata keçirilməlidir".
MİA.AZ