ABŞ prezidenti Co Bayden Keniyanı “NATO-dan kənar mühüm müttəfiq” adlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin bəyanat yayıb.

Bəyanatda ABŞ Konstitusiyası və qanunları, o cümlədən 1961-ci ildə qəbul olunmuş Xarici Yardım Aktının 517-ci bəndinə əsaslanaraq belə bir qərar verildiyi elan olunub.

Bildirilir ki, Vaşinqtonun bu addımı bölgədə artan Rusiya və Çinə qarşı yeni həmlədir.

Xtaırladaq ki, ABŞ buna qədər Argentina, Avstraliya, Bəhreyn, Braziliya, Kolumbiya, Misir, İsrail, Yaponiya, İordaniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Filippin, Qətər, Cənubi Koreya, Tayland və Tunislə də eyni sttausu daşıyan qərar verib.

Samir Musayev

MİA.AZ