İsrail Fələstini dövlət kimi tanıyan Ermənistana etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsədlə Ermənistan səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-də səfirdən izahat tələb olunub, rəsmi İrəvana etiraz notası verilib.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi bu gün bəyanat yayaraq Ermənistanın Fələstini tanıdığını elan edib.

Bununla da Fələstini tanıyan ölkələrin sayı 149-a yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ