Sosial mediada intim münasibətlərlə bağlı məsləhətləri ilə tanınan 25 yaşlı britaniyalı bloger Çiara Kinqin sensasiyalı əməli üzə çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial mediada milyonlarla izləyicisi olan bloger əsasən milyonçu iş adamlarını cənginə salaraq onlarla həm intim əlaqəyə girib, həm də böyük məbləğlərdə pullarından yararlanıb.
Lakin az keçməmiş həmin biznesmenlərin xəstəliyə düçar olması onun türk sevgilisi olan biznesmen Eren Sanı duyuq salıb.
Türkiyə mediası yazır ki, türk biznesmen təsadüfən seksual blogerin gündəliyini ələ keçirib: "Gündəlikdə seksual manyak intim əaqə daxil, indiyə qədər kiminlə nə yaşayıbsa, hamısını qələmə alıb. O, gündəliyində keçici virus daşıdığını və bunu da qəsdən biznesmenlərə ötürdüyünü də etiraf edib".
Türkiyə mediasına danışan San iddiaları təsdiqləyb: "O, zəngin adamları tələyə salaraq, birlikdə olduğu bütün kişiləri HPV virusuna yoluxdurub. onun milyonçu ovunda bacarıqlı olmasında anasının da rolu böyükdür..."
Türk iş adamı Eren San Kinqlə keçən il Bodrumda tanış olduğunu deyib: "Keçən aylarda ayrıldıq. Ayrılmamıza səbəb onun gündəliklərindən ayzdıqları oldu. O gündəliyə münasibətlərinin bütün təfərrüatlarını yazmışdı. Bunları oxumaq dəhşətdir. Ən qorxulusu odur ki, o, HPV xəstəsidir və birlikdə olduğu bütün kişiləri bilərəkdən və istəyərək yoluxdurub. Bunları gündəliyinə açıq şəkildə yazıb".
25 yaşlı fenomen keçmiş sevgilisinin dedikləri ilə bağlı hələ açıqlama verməyib.
Ləman
MİA.AZ