İyunun 23-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev hələ də sözügedən komitəyə "rəhbərlik» edir.

 Mia.az xəbər verir ki, mərhum Arif Vəliyevin adı hələ də komitənin rəsmi saytında «sədr» olaraq göstərilir. Əlbəttə, bu hal komitənin ikitərəfli əməkdaşlıq etdiyi təşkilatlarda, həmçinin, Dövlət Statistika Komitəsinin rəsmi saytı ilə maraqlanan hər kəsdə təəccüb yaradır. Görünür, komitənin məsul şəxsləri şöbələrin bir-birini təkzib edən məlumatlarına başları o qədər aludə olub ki, bu faktı da saytdan götürməyi unudublar.

 Mia.az