"Yeni Müsavat” qəzeti və musavat.com kollektivi iyulun 4-də Nəqliyyat Nazirliyi qarşısında keçirəcəyi etiraz aksiyasına hazırlaşır. Məlum olduğu kimi, aksiyanın keçirilməsinə səbəb əməkdaşımız Fərahim İlqaroğluna qarşı sui-qəsdin ört-basdır edilməsi, nəqliyyat naziri Ziya Məmmədov tərəfindən istintaqa birbaşa müdaxilə edilməsidir.

Aksiyanın Təşkilat Komitəsinin rəhbərinin musavat.com-a verdiyi məlumata görə, piket zamanı səsləndiriləcək etiraz şüarlarının yazıldığı plakatlar da artıq hazırdır: "Tələbimiz ondan ibarətdir ki, nəqliyyat naziri istintaqın işinə mane olmasın”. 

Piketdə "Ziya Məmmədov jurnalistin qanını batırma”, "Jurnalisti döyənlərə ar olsun!” şüarları səsləndiriləcək. Bu şüarlarla keçiriləcək piketlərə başqa təşkilatlardan da dəstək verənlər olacaq.  

Musavat.com