Türkiyə Qadın Voleybol Milli Komandasının üzvü Nazlıcan İrem Köroğlu ABŞ-ı məğlub etdikləıri oyundan sonra geyimi ilə gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, idmançı sevinc şousunda sinəsini açıb.

Bu fakt TRT-də canlı yayımda milyonlara nümayiş olunub.

Yaşananlarla bağlı Nazlıcan İrem Köroğlu YouTube hesabında açıqlama verib.

O bildirib ki, yaxalığının həmin vaxtı açılmasından xəbərsiz olub: "Kameraların məni görüntüləməsinin fərqində deyildim, o qədər sevincli idim ki...

Mən orda sevincimi paylaşırdım. Qələbə qazandığımız üçün çox şadam ki, çox gözəl və əyləncəli oyun oldu. Həmin anda anamda mənə mesaj atıb ki, qızım üstünü düzəlt, səni çəkirlər. Ancaq internet olmadığından onu da görməmişdim...".

İrem Köroğlu bildirib ki, həmin görüntülərini başqa "yerə çəkməyə" ehtiyac yoxdur.

Ləman

MİA.AZ