Türkiyə Xarici işlər naziri Hakan Fidan Çinin tabeliyində olan Sincan Uyğur Muxtar Bölgəsinə səfər edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2012-ci ildə dövrün baş naziri Rəcəb Tayyib Ərdoğandan sonra Çinin basqısı altında Şərqi Türküstana səfər edən ilk türk xarici işlər naziri Hakan Fidan burada mühüm mesajlar verib.

Məlumata görə, Fidan Pekində görüşlərdən sonra Şərqi Türküstana gedib. O, Kaşqar və Urumçidə olub, camaatla səmimi söhbətlər edib.

Dünya mətbuatı Hakan Fidanın burada sakinlərlə görüşündə taxdığı qalstukun  rənginə qədər diqqətdə saxlayııb. Ən çox maraq çəkən isə XİN başçısının burada “Kaşqar və Urumçi qədim türk və İslam şəhərləridir” sözləri olub. 

Bundan əlavə, nazir bölgədəki görüşlə bağlı maraqlı paylaşım edib.

“Uzun illərdir ki, Türk-İslam sivilizasiyasının qurulmasına töhfə verən bir çox tarixi şəhərləri ziyarət etmək imkanım oldu” deyən nazirin paylaşımını aşağıda olduğu kimi təqdim edirik:

Samir Musayev

MİA.AZ