"Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük bir addım atıldı. Bu, ABŞ-ın Türkiyə ilə təhlükəsizlik tərəfdaşlığına sadiqliyinin son nümunəsidir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk deyib.

O bildirib ki, bu gün  Türkiyənin son nəsil F-16 Block 70 döyüş təyyarələrini alması və mövcud F--16-ların modernləşdirilməsi istiqamətində mühüm addım atılıb: "Bu, ABŞ-ın milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün mühüm addımdır. Türkiyə Respublikasının Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə göstərdikləri gərgin əməyə görə təşəkkür edirik”.

Lamiyə

MİA.AZ