Şirvanda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə öncə məktəblilərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonun ümumtəhsil məktəblilərinin ifasında rəngarəng konsert programı ilə davam edib.