"Yeşilçam"ın usta aktyoru Murat Soydan bu gün dünyasını dəyişib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, kino sahəsində dərin iz qoyanvə əsl adı Rüçhan Tercan olan usta aktyor Murat Soydan 83 yaşında vəfat edib.
Bu kədərli xəbəri qızı Mehveş Soydan açıqlayıb: "Sevgili atamı itirdik..."
Türk kino və serial aktyoru Murat Soydan 2 oktyabr 1940-cı ildə Kırklarelinin Lüleburqaz rayonunda anadan olub. Əsl adı Rüçhan Tercan olan aktyor ibtidai məktəbi Lüleburqazda, orta məktəbi isə Ədirnədə oxuyub. Universitet üçün İstanbula gələn Soydan İqtisadiyyat Elmləri Akademiyasında təhsil alıb, eyni zamanda İstanbul Bələdiyyə Konservatoriyasının Türk Musiqisi fakültəsini bitirib. Universitetdə oxuduğu müddətdə “Təkəl”də dövlət qulluqçusu işləyib.
O, kino karyerasına 1966-cı ildə rejissor Nejat Saydamın çəkdiyi "Kolsuz Kahraman" filmi ilə başlayıb. Filmin aktyor heyətində Cüneyt Arkın, Fatma Girik və Suzan Avcı da yer alıb. 1970-ci illərin gənc aktyorlarından olan Murat Soydan bir çox filmdə Türkan Şoray və Hülya Koçyiğitlə baş rolu paylaşıb.
221 filmdə rol alan Murat Soydan bir müddət Kino Aktyorları Dərnəyinin başqanı olub. 1972-ci ildə Zulum filmindəki roluna görə 9-cu Antalya Qızıl Portağal Film Festivalında "Ən Yaxşı Kişi Oyunçu" Mükafatını qazandı. Murat Soydanın ilk evliliyindən bir övladı var. O, ikinci dəfə Uğur Güllə evlənib. Bu evlilidən isə Əli və Mehveş adlı iki övladı var.
Ləman
MİA.AZ