İYİ Partiyasıdan daha bir deputat ayrılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Antalyadan deputat seçilən Aykut Kaya bu gün partiyasından istefa verdiyini açıqlayıb. 

Kaya bildirib ki, bu gündək təmsil olunduğu partiya yolundan azıb: "İYİ Partiyada millətimizə və ölkəmizə xidmət şəraitinin ortadan qalxdığını görmək məni kədərləndirdi. Bu səbəbdən İYİ Partiya üzvlüyündən istefa verməyə qərar verdim..."

Xatırladaq ki, Aykut Kayanın istefasından sonra İYİ Partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputatlarının sayı 35-ə enib.

Onu da qeyd edək ki, Aykur Kaya 1978-ci ildə Kayseridə anadan olub. İbtidai və orta təhsilini Antalyanın Manavqat rayonunda tamamlayıb.

Firudin Səfərli

MİA.AZ