"Milli İstiqlal Partiyası bütün seçkilərdə iştirak etməyin tərəfdarıdır".
Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sədri Arzuxan Əlizadə deyib.
Sədr bu günə qədər ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərindən partiyanın kənarda qalmamasını xatırladıb: "Parlament seçkilərində də iştirak edəcəyik. Bununla bağlı fevralın 23-də partiyanın siyasi şurasının genişləndirilmiş iclasında qərar verilib. Namizədlərin müəyyənləşdirilməsi prosesi gedir".
Sədr özü də bu seçkidə namizədliyini irəli sürəcək: "Hədəfləyirəm, yaşadığım ərazidən namizədliyini ürəli sürməyi düşünürəm. Amma seçki ərəfəsində digər variantları da araşdırıb son qərarı verəcəyəm".