Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Azərbaycandan köçməsi ilə bağlı xəbər yayılıb. Yayılan xəbərdə onun ABŞ-yə köçdüyü qeyd edilib.

Mia.az-ın məlumatına görə, Manset.az məsələ ilə bağlı Ziya Məmmədovla əlaqə saxlayıb. 

Sabiq nazir əvvəlcə Azərbaycandan köçdüyünü təsdiqləsə də, daha sonra bunu inkar etməyə çalışıb: “Mən ABŞ-yə yox, Kanadaya köçmüşəm və burada yaşayıram. İndi Azərbaycana gəlmişəm. Mənə maraqlıdır bu detallar kimə lazımdır? Kimsə mənim haqqımda nəsə yazırsa, mənə maraqlı deyil, boş söhbətlərdir. Mən camaatın istəyi ilə yaşamıram. Bu məsələni də kim deyibsə, hətta mənim yaxınlarım belə olsa, qələt ediblər.”