"Rusiya Ukraynada yeni cəbhə açıb. Bu isə bizim də yeni addımlar atmağımızı şərtləndirir. NATO pöölkələri Ukraynaya tədarük etdiyi yeni silahların Rusiya ərazini vurmasına problem yaratmamalıdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Çexiyanın paytaxtı Praqada davam edən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısıdan əvvəl mətbuata açıqlamasında söyləyib.
Müttəfiq ölkələrin Ukraynaya verdiyi silahların Rusiya ərazisinə hücum üçün istifadə olunmasının mütləqliyinə diqqəti çəkən Stoltenberq təkrarlayıb ki, bu, Ukraynanın özünümüdafiə hüququ üçün vacib faktora çevrilib: "Onu da əlavə edim ki, Rusiyanın yeni cəbhələr açdığını gördükcə, bu, məsələ daha da aktuallaşır. İndi ruslar şimaldan Xarkov vilayətinə daha güclü hücum edirlər. Cəbhə xəttində isə sərhəd xətti aaşaı-yuxarı eyni vəziyyətdə qalır. Ukrayna fədakarcasına dirənir. Ancaq onları Rusiya daxilində yerləşən artilleriya və raketlərlə vururlar. Ukrayna təbii ki, onları püskürtmək üçün Rusiya ərazisinə atəş aşmaq məcburiyyətində buraxılır. Axəı onlar yerində məhv edilməsə, təcavüz necə dayandırıla bilər? Bu hücumları dəf etmək üçün qabaqcıl silahlardan istifadə etmələrinə icazə verilməsə, Ukraynanın özünü müdafiə etməsi çox çətin olacaq"
Rusiya prezidenti Vladimir Putinin “Ukrayna Qərbin verdiyi silahlarla Rusiya ərazisinə hücuma icazə verərsə, bunun ciddi nəticələri olacaq” xəbərdarlığına toxunan Stoltenberq bildirib ki, bu təhdid yeni deyil: "Müttəfiqlərimiz bunu uzun illərdir, daha dəqiqi, müharibə başlayandan bəri eşidir. 2022-ci ildə mütəfiq ölkələr ukraynaya silah tədarük edərkən razılaşıblar ki, bu silahlar silahlar ancaq Ukrayna daxilində qanuni hədəflərə qarşı istifadə oluna bilər. Ancaq elə ölkə var ki, belə şərt qoymayıb. Məsələn, Böyük Britaniya Ukraynanı "Fırtına kölgəsi" qanadlı raketləri ilə təmin edir. Və bunun Rusiyaya fırladılıb-fırladılmasması barədə hər hansı şərt irəli sürməyib. Bu, uzun müddətdir ki, belədir.
Qaldı Putinə, o, Qərbin Ukraynaya verdiyi dəstəyin qarşısını almaq üçün belə danışır. Müttəfiq ölkələr buna məhəl qoymadan Rusiyanın yeni cəbhə açmasının və irəliləməsinin qarşısını almaq üçün Ukraynanın təbii cavab haqqını tanımalıdır. Yəni, Rusiyadan onlara atılan raket və artilleriyaya qarşı adekvartt cavab veriməlidir".
Lamiyə Əhmədli
MİA.AZ