Türkiyədə 24-28 may tarixləri arasında 26 şəhərdə sosialoji sorğu keçirlib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, ASAL Araşdırma Mərkızinin keçirdiyi seçki anketində CHP yenə 31,5 faiz səslə qalib gəlib.
Ərdoğanın lideri olduğu AK Partiya 31 mart bələdiyyə seçkilərində olduğu kimi ikinci yerdə gəlir - 30,6 faiz səslə.
MHP-nin 10,1 faiz səslə mövqeyini qorusa da, Müsavat Dərvişoğlunun başqan olduğu İYİ Partiyasında "qanaxma" davam edir.
Beləliklə, 26 şəhərdəki sorğuya görə seçicilər bu partiyalara güvənir:
CHP: 31,5%
AK Partiya: 30,6%
MHP: 10,1%
DEM Partiyası: 9,6%
Yenidən Rifah: 5,7%
İYİ Partiya: 3,9%
Zəfər Partiyası: 3,2%
Türkiyə İşçi Partiyası: 1,6%
Digər: 3,8%
Lamiyə
MİA.AZ